ABŞ və Danimarka Qrenlandiyanın taleyini müzakirə edəcəklər

   ABŞ və Danimarka Qrenlandiyanın taleyini müzakirə edəcəklər
  01 Aprel 2025    Oxunub:839
Danimarkanın Xarici İşlər naziri Lars Lökke Rasmussen bu həftə ABŞ-nin Dövlət katibi Marko Rubio ilə görüşəcək.
AzVision.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, Donald Trampın yenidən ABŞ prezidenti seçilməsindən və onun Qrenlandiyaya “nəzarəti ələ keçirmək” niyyətindən sonra bu, ilk yüksək səviyyəli danışıqlar olacaq.

Rasmussenlə Rubionun NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin aprelin 3-də Brüsseldə başlayacaq iclası çərçivəsində danışıqlar aparmağı planlaşdırdıqları bildirilir.

“Lakin Kopenhagen və Vaşinqton arasındakı gərginliyə görə, görüş ləğv oluna bilər. Hazırda ABŞ və Danimarka arasında diplomatik əlaqələr minimuma endirilib”, - Danimarka hökumətindəki mənbə qəzetə açıqlamasında deyib.

ABŞ Qrenlandiyanı Rusiyadan müdafiə edəcək
ABŞ Dövlət departamenti bu həftə görüşün keçirilməsi ehtimalını şərh etmək istəməyib.

Xatırladaq ki, martın 28-də ABŞ-nin vitse-prezidenti Cey Di Vens Qrenlandiyanın şimal-qərbində yerləşən Amerika hərbi bazasına gələrək Danimarkanın ada üçün pis müttəfiq olduğunu bir daha bəyan edib. O, həmçinin prezident Donald Trampın adanın ABŞ-nin milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb etdiyinə dair iddiasını təkrarlayıb.

Martın 29-da isə, Donald Trampın “Truth Social” sosial şəbəkəsində yayımladığı videoçarxda Amerikanın İkinci Dünya müharibəsi zamanı Qrenlandiyanı alman qoşunlarından müdafiə etdiyini xatırladan arxiv görüntülər diqqətə çatdırılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Danimarka   Qrenlandiya  





Xəbər lenti