Kiyev seçkilərlə bağlı düzəlişlər hazırlayır

   Kiyev seçkilərlə bağlı düzəlişlər hazırlayır
  01 Aprel 2025    Oxunub:702
Hakimiyyət hərbi vəziyyətin ləğvindən sonra parlament və prezident seçkilərinin təxirə salınması üçün qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Mixail Podolyakın sözlərinə görə, mövcud qanunvericilik seçkilərin hərbi vəziyyətin başa çatmasından sonra 60 gün ərzində keçirilməsini tələb edir. Lakin hakimiyyət orqanlarının fikrincə, hazırlıqlara daha çox - üç aydan altı aya qədər vaxt lazım olacaq.

“Müharibədən sonrakı dövr üçün bütün qanunvericilik bazası hazırlanır. Bir sıra dəyişikliklər etmək lazımdır, bu parlamentin iştirakı ilə olan uzun hüquqi, tənzimləyici prosedurdur”, - Mixail Podolyak deyib.

Bundan əvvəl Ukrayna Mərkəzi Seçki Komissiyasının rəhbəri Oleq Didenko da seçkiləri təxirə salmaq üçün qanunlara dəyişiklik etmək niyyətində olduğunu açıqlamışdı.

Hazırda Ukraynada davam edən müharibə və hərbi vəziyyətlə əlaqədar seçkilər keçirilmir.

Sahil İsgəndərov
AzVision.az





Teqlər: Ukrayna   seçkilər   dəyişiklik  





Xəbər lenti