Forbes ən varlı məşhurların adlarını açıqlayıb

Forbes ən varlı məşhurların adlarını açıqlayıb
  01 Aprel 2025    Oxunub:698
Dünyanın ən varlı məşhurları siyahısına amerikalı rejissor və prodüser Stiven Spilberq başçılıq edir.
AzVision.az xəbər verir ki, "Forbes" jurnalı dollar milyarderlərinin 39-cu illik reytinqini dərc edib.

Rejissorun sərvəti 5,3 milyard dollar qiymətləndirilir. Nəşr vurğulayır ki, Spilberq ilk dəfə ən varlı amerikalılar siyahısına hələ 1994-cü ildə daxil olub.Rejissor Corc Lukas Forbes reytinqində ikinci yeri tutub. Onun sərvəti 5,1 milyard dollar qiymətləndirilir.

İlk üçlüyü 3,5 milyard dollar sərvəti ilə basketbolçu Maykl Cordan tamamlayır.

Bundan əvvəl ABŞ-ın Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) işinə nəzarət edən amerikalı sahibkar İlon Maskın dünyanın ən varlı adamı kimi tanındığı bildirilirdi.

Forbes-in məlumatına görə, Maskın sərvəti 342 milyard dollar qiymətləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti