Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürür

Çexiya Təl-Əvivdəki səfirliyini Qüdsə köçürür
  06 Aprel 2025    Oxunub:482
Rəsmi Praqa Təl-Əvivdəki səfirliyini yaxın vaxtlarda Qüdsə köçürmək barədə qərar qəbul edib.
Ynet xəbər verir ki, bunu ölkə rəhbərliyindən ABŞ Prezidenti Donald Trampın xahiş edib. Çexiya hələ 2018-ci ildə Qüdsdə mədəniyyət və iqtisadiyyat məsələləri üzrə ofis, daha sonra konsulluq açıb.

Qüdsdə səfirlik açıldığı halda Çexiya Avropa dövlətləri arasında bu addımı atan ilk ölkə olacaq.

Bu arada Macarıstanın da analoji addım atacağı gözlənilir. Ölkə rəsmiləri səfirliyini Qüdsə köçürən birinci ölkə olmaq istəmədiklərini və "doğru vaxtı" gözlədiklərini bildiriblər.

Hazırda Qüdsdə 6 ölkənin – ABŞ, Qvatemala, Kosova, Honduras, Papua-Yeni Qvineya və Paraqvayın səfirlikləri fəaliyyət göstərir.
Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti