“İMZA” İB 2025-ci ildə də beynəlxalq əhəmiyyətli tədbirlərini davam etdirəcək

“İMZA” İB 2025-ci ildə də beynəlxalq əhəmiyyətli tədbirlərini davam etdirəcək
  07 Aprel 2025    Oxunub:460
“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyi “Konstitusiya və Suverenlik” ili çərçivəsində yerli və beynəlxalq əhəmiyyətli tədbirlər keçirəcək.
Bu barədə İctimai Birliyin sədri Xəyyam Əsgərov İB-nin İdarə heyətinin iclasında məlumt verib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin qərarı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması tarixi hadisədir.

“Çünki 1995-ci ildə qəbul olunmuş konstitusyamız və 30 ildən sonra ərazilərimizin işğaldan azad olunmasından sonra suverenliyimizin təmin olunması Azərbaycan tarixində böyük əhəmiyyətə malik tarixi hadisələrdir. 2025-ci ildə tədbirlərimizi məhz bu önəmli il çərçivəsində daha yüksək səviyyədə keçirəcəyik”.

Vurğuladı ki, bütün tədbirlərimizdə iştirakçılar ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursuna tam dəstək verdiklərini və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin dünyada tanıdılması, irsimizin, mədəniyyətimizin təbliği, inkişafı üçün atdığı addımları rəğbətlə qarşıladıqlarını, təqdir etdiklərini bildiriblər.

O dedi ki, sosial şəbəkələrdə də fəaliyyətimiz uğurla davam edir. İdarə etdiyimiz səhifələrin statistikası milyonlarla ölçülür. Bundan başqa İctimai Birliyə üzv olmaq istəyən vətəndaşlarımızın arzusu nəzərə alınaraq, yüzlərlə yeni üzv sıralarımıza qoşulub. “İMZA” İB-nin Türkiyə təmsilçisi, qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç bildirdi ki, artıq İctimai Birlik bütün türk dünyasında yaxşı tanınır, fəaliyyəti müsbət qarşılanır. Xüsusi ilə də beynəlxalq əhəmiyyətli tədbirlərimiz rəğbətlə qarşılanır.

H.Kılıç türk dünyasının ortaq maraqlarına xidmət edən layihələrin sayının artırılmasının önəminə diqqət çəkdi. Sədrin Beynəlxal məsələlər üzrə müavini Elnar Məmmədli “İMZA” İB-nin 2025-cü ildə keçiriləcək beynəlxalq və yerli əhəmiyyətli tədbirləri barədə danışdı. Qeyd etdi ki, yenə də qərbi Azərbaycan mövzusu diqqətdə saxlanılacaq.

“Soydaşlarımızın tarixi torpaqlarımıza qayıdış hüququna beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqəsdi ilə növbəti beynəlxalq konfransın keçirilməsinə hazırlıq işləri başa çatmaq üzrədir. Tədbirin yüksək səviyyədə baş tutmasında əvvəlki illərin təcrübəsi və təşkilatın getdikcə güclənən beynəlxalq əlaqələri həlledici rol oynayacaq”.

“İMZA” həmçinin daha bir beynəlxalq simpozium keçirməyi də planlaşdırır və hazırda həmin layihə üzərində intensiv iş aparılır. Sədrin müşaviri Emin Qəribli iclas iştirakçılarını daha çox iqtisadi əhəmiyyət daşıyacaq həmin tədbir barədə məlumatlandırdı. Bundan başqa “İMZA” milli mədəniyyətimiz və irsimizlə əlaqdar önəmli bir layihəni, həmçinin regionlarda sosial dəstək mahiyyətli və əhəmiyyətli aksiyalarını da bu il davam etdirəcək.

Sonra “İMZA” İB-nin yeni təyinatları açıqlanıb. İlahə Nadirova sədrin müşaviri, Elvira Məmmədova isə İnsan Resursları departamentinin rəhbəri təyin olunublar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti