Putin Ukrayna ilə sülhə hazırdır, lakin...

   Putin Ukrayna ilə sülhə hazırdır, lakin...
  07 Aprel 2025    Oxunub:405
Rusiya prezidenti Vladimir Putin Moskva ilə Kiyev arasında atəşkəs ideyasını dəstəkləyir. Lakin bunun baş verməsi üçün bir neçə məsələ həll olunmalıdır və onlar hələlik havadan asılı qalıb.
AzVision.az xəbər verir ki, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın zərbələri dayandırmağın zəruriliyi ilə bağlı sözlərini şərh edərkən belə deyib.

“Prezident Putin həqiqətən atəşkəs ideyasını dəstəkləyir. Ancaq bundan əvvəl bir sıra suallara cavab tapmaq lazımdır. Bu suallar havada asılı qalıb və indiyədək onlara heç kim cavab verməyib”, - Peskov iddia edib.

Kremlin sözçüsü, həmçinin Rusiyanın sülh yolu ilə nizamlanmada öz maraqlarını qorumağı zəruri hesab etdiyinə diqqət çəkib.

- Tezliklə atəşkəs zərurəti ideyası ilə həmrəy olaraq, biz öz maraqlarımızı təmin etməli və bəzi aspektləri aydınlaşdırmalıyıq”, - Dmitri Peskov bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Putin   müharibə  





Xəbər lenti