Pekin Vaşinqtonun zəif damarını tutub

Bunun cavabında Pekin Amerika mallarına 34% rüsum tətbiq etdi və yeddi nadir torpaq elementinin - samarium, terbium, disprosium, skandium və ittriumun ixracına nəzarəti gücləndirdi.
Bu, birbaşa qadağa olmasa da, Çin rəsmiləri bu materialları kimin və niyə aldığını yaxından izləyəcəklərini bildiriblər. ABŞ Geoloji Tədqiqat Mərkəzinin hesablamalarına görə, Çin dünyada nadir torpaq metallarının təxminən 70%-ni istehsal edir və ABŞ bu tədarüklərə çox güvənir.
“Bu cür tədbirlər qlobal təchizat zəncirlərini poza bilər, çünki bu metallardan elektromobillərdən hərbi texnikaya qədər yüksək texnologiyalı məhsulların istehsalında istifadə olunur”, - “Bloomberg” agentliyi yazır.
Çin Ticarət nazirliyi məhdudiyyətlərin “ikili təyinatlı mallara şamil edildiyini və milli təhlükəsizlik, regional sabitlik və sülhün maraqlarına uyğun olduğunu” açıqlayıb. Buna cavab olaraq Donald Tramp “Truth Social” şəbəkəsində Pekinin ABŞ-nin tarifləri ilə bağlı panikaya düşdüyünü və səhv oyun oynadığını vurğulayıb.
“Bloomberg” agentliyinə müsahibə verən ekspertlərin fikrincə, neodim və praseodimium metallarının Çinin tətbiq etdiyi məhdudiyyətlərdən kənarda qalması onların sonradan əlavə təzyiq vasitəsi kimi istifadə edilə bilməsi ehtimalı ilə bağlıdır.
Sahil İsgəndərov
AzVision.az