Döyüşə məmur övladları gedir

   Döyüşə məmur övladları gedir
  07 Aprel 2025    Oxunub:400
Rusiyada məmur övladının cəbhəyə yollanması sosial mediada müzakirələrə səbəb olub.
Söhbət Orlov vilayəti Dumasının sədri Leonid Muzalevskinin oğlundan gedir. "Katukov briqadası"nın komandiri Denis Orlov “Orlovskie Novosti”yə verdiyi açıqlamada yayılan xəbərləri təsdiqləyib. O, qeyd edib ki, duma sədrinin oğlu artıq Ukrayna müharibəsinə qatılıb.

Döyüşə blogerlər gedir
Orlovun sözlərinə görə, Dmitri adlı həmin döyüşçü Müdafiə Nazirliyi ilə müqavilə imzaladıqdan sonra Kursk vilayətindəki təlim bölməsinə göndərilib. Üstəlik, o, müqavilə imzalamazdan əvvəl Kursk xəstəxanalarında da fəaliyyət göstərib. Dmitri yaralıları daşıyıb və digər tədbirlərə qatılıbmış.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Məmur   Döyüş  





Xəbər lenti