Gürcüstan xaricdən qrantların alınmasını qadağan edəcək

Gürcüstan xaricdən qrantların alınmasını qadağan edəcək
  07 Aprel 2025    Oxunub:381
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlamentdə qrantlar haqqında qanuna dəyişiklik edilməsini təklif edib.
AzVision.az xəbər verir ki, qanuna əsasən, Gürcüstan vətəndaşı və ya ölkədə fəaliyyət göstərən şirkət hökumətin razılığı olmadan bu cür vəsaiti ala bilməyəcək.

Bunu “Gürcü arzusu” fraksiyasının sədrinin birinci müavini İrakli Kirtsxaliya deyib.

Onun sözlərinə görə, belə düzəlişlər edilməlidir ki, xarici dövlətlər və ya təşkilatlar Gürcüstanda təxribat və ya zorakılıq aksiyalarını maliyyələşdirməsin.

Kirtsxaliya aydınlaşdırıb ki, yenilik xaricdə təhsil və ya elmi iş üçün ayrılan qrantlara, idman assosiasiyalarına şamil edilməyəcək.

Siyasətçi əlavə edib ki, qrantların verilməsinə ölkə hökuməti yanında Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti