Vitkof Əraqçi ilə görüşəcək

   Vitkof Əraqçi ilə görüşəcək
  08 Aprel 2025    Oxunub:723
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun rəhbərliyində heyət şənbə günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşərək Tehranın nüvə proqramı ilə əlaqədar müzakirələr aparacaq.
İslam Respublikası Xəbər Agentliyinin (IRNA) məlumatına görə, görüşə Omanın xarici işlər naziri Bədr Əl-Busəidi də qoşulacaq.

Gözlənilən danışıqlar barədə Abbas Əraqçi də özünün "X" hesabında yazıb. Onun sözlərinə əsasən, müzakirələr "dolayı yolla aparılacaq".

"Bu həm sınaqdır, həm də fürsət. Top Amerikanın meydançasındadır", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   nüvə-danışıqları  





Xəbər lenti