Ruslar cəbhəyə robot-evakuatorlar göndərirlər - VİDEO

   Ruslar cəbhəyə robot-evakuatorlar göndərirlər    - VİDEO
  08 Aprel 2025    Oxunub:722
Rusiya döyüşlərdə robot-evakuatorlardan istifadə etməyə başlayıb.
AzVision.az xəbər verir ki, cihazın görüntüləri “İzvestiya”da nümayiş etdirilib.

"Samokat" ordusu Rusiyanın nəyinə lazımdır?
Qeyd edilib ki, bu robotlar Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə Ukraynadakı döyüş bölgəsində yaralı əsgərləri atəş altından çıxarmağa kömək edir. Maşın çox sürətlə hərəkət edir və qaçan adamı belə çata bilir.

Bu tip yeni texnilar nəinki yaralı əsgərləri atəş altından uzaqlaşdıra bilir, onlar düşmənə “gizli” şəkildə yaxınlaşa da bilirlər. Qeyd edilib ki, robot batalyon komandirinin müavini İvan Kotojeqov tərəfindən hazırlanıb.

"Evakuasiya prosesləri başlayan zaman həmişə xəyal edirdim ki, bir gün insanı daşıya biləcək xüsui bir robot-evakuator da olacaq",- Kotojekov ərsəyə gətirdi cihazla bağlı deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Robot   Rusiya   Yaralı  





Xəbər lenti