Edamlar üzrə İran dünyada birinci yerdədir

Kəskin artım Səudiyyə Ərəbistanında baş verib, burada edamların sayı iki dəfə artaraq ən azı 345-ə çatıb ki, bu da Amnesty International (AI) təşkilatının ölkədə hesablamalar aparmağa başlamasındandan bəri ən yüksək göstəricidir. İraqda edamların sayı 2023-cü illə müqayisədə demək olar ki, dörd dəfə artaraq 63-ə çatıb.
Lakin təşkilat öz hesabatında Çin hakimiyyətini “edamlarda dünya lideri” adlandırıb. Bununla belə, hüquq müdafiəçiləri Çində həyata keçirilən edamların əsl miqyası haqqında təxmini təsəvvürə malikdirlər və mövcud məlumatlara əsasən minlərlə insanın edam olunduğunu iddia edirlər. Çin ölüm hökmlərinin icrası ilə bağlı məlumatları demək olar ki, açıqlamır.
Amnesty International (AI) həmçinin Şimali Koreya və Vyetnamın ölüm hökmündən geniş şəkildə istifadə etməsindən şübhələnir. Lakin bu ölkələrin məlumatların açıqlanmasından imtina siyasəti statistikanın aparılmasını qeyri-mümkün edir.
Sahil İsgəndərov
AzVision.az