“Gürcüstan “dərin dövlət”i qəzəbləndirib” - Kobaxidze

   “Gürcüstan “dərin dövlət”i qəzəbləndirib”    - Kobaxidze
  08 Aprel 2025    Oxunub:688
“Dərin dövlət” Avropa strukturlarına Ukraynada müharibəni uzatmağı tapşırıb.
AzVision.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Batumidə jurnalistlərə açıqlamasında belə deyib.

“Amerika fondları artıq anti-dövlət proseslərini, o cümlədən bizimkiləri maliyyələşdirmir, lakin Avropa strukturları bunu öz üzərlərinə götürüblər, bu çox təəssüf doğurur. Əvvəllər iki cəbhədən hücuma məruz qaldıq, amma milli maraqlarımızı müdafiə edə bildik”, - Gürcüstanın baş naziri bildirib.

Kobaxidze qeyd edib ki, əgər Gürcüsatn əleyhinə fəaliyyət Avropa strukturları və Avropa bürokratiyası tərəfindən maliyyələşdirilsə, o zaman rəsmi Tbilisinin buna öz cavabı olacaq. Çünki cürcü xalqı öz milli maraqlarını sona qədər müdafiə etməlidir. Öz maraqlarını güdən “dərin dövlət”in öz isə bunun üçün Avropa bürokratiyasından istifadə edir.

- Bizim milli maraqlarımız Ukraynada baş verənlərin Gürcüstanda baş verməməsidir. Ukraynada müharibə, dağıntılar, böyük qurbanlar var və bunun müqabilində Avropa bürokratiyası ilə yaxşı əməkdaşlıq edirlər. Amma inanın ki, bu, Ukrayna xalqı üçün təsəlli deyil. Gürcüstan bu ssenaridən qaça bildi və “dərin dövlət” bundan qəzəblənir”, - Gürcüstanın baş naziri vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Avropa   Ukrayna   Gürcüstan  





Xəbər lenti