![]() |
Mask Trampdan tariflərə yenidən baxmağı xahiş edib |
ABŞ rəsmisi qeyd edib ki, o, xarici ölkələrin nümayəndələrinə soyuqqanlı olmağı, vəziyyəti gərginləşdirməməyi tövsiyə edib.
Bessent rəsmilərə Vaşinqton administrasiyasına tarifləri azaltmaq, maneələri aradan qaldırmaq, valyuta manipulyasiyasını və subsidiyaları dayandırmağa dair “konkret təkliflərlə” yanaşmağı məsləhət bilib. Belə olacağı halda Tramp nə vaxtsa danışıqlara başlamağa hazır görünəcək.
"Biz tariflərin yuxarı həddinə çatmışıq və gözləyirəm ki, uğurlu danışıqlar bizə onların tədricən azaldılmasına nail olmağa imkan verəcək. Bununla belə, çox şey başqa ölkələrdən asılı olacaq. Prezident Tramp bu prosesə sadiqdir və o, bir çoxumuz kimi qarşılıqlı ticarətin şərtlərinin indiyədək ədalətsiz qurulmasına inanır. Ona görə də danışıqların sərt olacağını vəd edib", - Skot əlavə edib.
Bundan əvvəl ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, biznesmen İlon Mask prezident Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal tariflərinə yenidən baxmağı xahiş etmişdi.
Tural Tağıyev
AzVision.az