Füzuli və Ağdamda beş məktəb və uşaq bağçası inşa olunur

Onun sözlərinə görə, hazırda Azərbaycan bir sıra regional infrastruktur layihələrini reallaşdırmaqda davam edir: “Burada hava limanı inşa edilib, eyni zamanda, dörd su anbarı, iki su elektrik stansiyası, üç əsas boru xətti inşa olunub. Bundan başqa, səkkiz yaşayış məhəlləsinin tikintisi planlaşdırılır. Onlardan biri artıq inşa edilib. Həmçinin kəndlər layihələndirilir və inkişaf etdirilir.
Eyni zamanda Füzuli və Ağdam rayonlarında beş məktəb və uşaq bağçası inşa olunur. İki yaşayış massivinin üzərində iş gedir, biri artıq inşa olunur. Yenidənqurma layihələri ilə yanaşı, mədəni və tarixi layihələr də var. Bunlar arasında Cümə məscidinin bərpasını qeyd etməliyəm. Bu məscid Ağdamda yerləşir və yeganə tikili idi ki, struktur baxımından salamat qalmışdı, amma başdan-başa təhqir edilmişdi, çünki bu məsciddə donuzlar və inəklər saxlanılmış, tövləyə çevrilmişdi”.
AzVision.az
Teqlər: