Kazinoya gedən 74 yaşlı qadın üç gün sonra meşədən tapıldı

Kazinoya gedən 74 yaşlı qadın üç gün sonra meşədən tapıldı
  08 Aprel 2025    Oxunub:1018
ABŞ-da tragikomik hadisə baş verib.
Miçiqan ştatında evinə qayıtmayan 74 yaşlı Nens Blumqvist adlı qadın üç gün sonra meşədə, yerə aşmış bir ağacın yanında tapılıb. Bu barədə AP News məlumat yayıb.

Üç il əvvəl Zaqatalada itən hind turistin qalıqları tapıldı
Mayson dairəsinin şerifi qeyd edib ki, yaşlı qadın sağ qaldığı üçün inanılmaz dərəcədə şanslı insan sayılır: "Çünki onun tapıldığı ərazidə gecələr temperatur tez-tez dondurucudakı dərəcədən də aşağı düşür".

Nəşrin məlumatına görə, qadın aprelin 3-də evindən 160 km aralıda yerləşən kazinodan qayıdırmış. Təqaüdçü yanlış yola dönüb. O, bunu anlayanda isə artıq gec olub. Qadın geri dönmək istəsə də, bu zaman maşını xarab olub hətta cihazlardan biri yanıb: "Qadın avtomobilini xilas edən zaman əşyalarının heç birini götürə bilməyib. O, başqa bir yola çıxmağa çalışıb. Lakin bir müddət sonra bu fikrindən də daşınıb. O, geriyə qayıtmaq üçün də yol tapa bilməyib. Blumkvist sonda yağışdan xilas olmaq üçün aşmış bir ağacın altına sığınıb. Nəticədə yaşlı qadının bədəninin hərarəti o qədər aşağı düşünb ki, artıq o tək başına ayağa qalxa bilməyib".
Tural Tağıyev
AzVision.az



Teqlər:   İtkin   Kazino   Qadın   Meşə  





Xəbər lenti