“Təəssüf ki, Toretskdən yaxşı xəbər yoxdur və deyəsən, bu daha baş verməyəcək də. Bəli, orada döyüşlər 9 aydır ki, gedir və düşmən cəmi 8-9 kilometr irəliləmək üçün böyük bədəl ödəyib. Amma hər şeyin bir həddi var”, - Miroşnikov yazıb.
Onun sözlərinə görə, rus qoşunları bu istiqamətdə əsas hədəf olaraq qalan Konstantinovkaya çata bilməyib. Bununla belə, Toretskdəki Ukrayna qarnizonunun resursları tükənib və böyük ehtimalla şəhər itiriləcək. Amma əsas odur ki, digər sahələrdə döyüş qabiliyyəti və müdafiə potensialı qorunsun.
![]() |
ISW: “Rusiya böyük hücuma hazırlaşır” |
Qeyd edək ki, bir neçə gün əvvəl Amerikanın “Müharibənin Tədqiqi İnstitutu (ISW)”nun hesabatlarında və Ukrayna hərbçilərinin açqılamalrında Rusiyanın on qat say üstünlüyünə malik olduğu ərazidə genişmiqyaslı hücuma hazırlaşdığı barədə xəbərdarlıq edilirdi.
Sahil İsgəndərov
AzVision.az