ABŞ və Misir husilərə qarşı tədbirlərə dair müzakirə aparıb

 ABŞ və Misir husilərə qarşı tədbirlərə dair müzakirə aparıb
  09 Aprel 2025    Oxunub:1020
ABŞ-nin müdafiə naziri Pit Heqset və misirli həmkarı Əbdülməcid Səqr arasında telefon danığı baş tutub.
ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, tərəflər Qırmızı dəniz və ətraf sularda təhlükəsizliyin vacibliyinə, Yəməndə fəaliyyət göstərən "Husi" qruplaşmasına qarşı mübarizə tədbirlərinə dair fikir mübadiləsi aparıblar.

Nazirlərin müzakirəsi ABŞ Hərbi Hava Qüvvələrinin Yəməndəki Hüdeydə şəhərini bombalaması, azı 6 nəfərin (üç uşaq, iki qadın) həyatını itirməsi fonunda keçirilib.
Husilərin kəşfiyyat rəhbəri öldürülüb

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Ümumilikdə, ABŞ qırıcıların Yəmənə aviazərbələri nəticəsində indiyədək 79 nəfər ölüb.

"Husi" qruplaşması ötən ilin noyabrından bəri Qəzzada müharibəyə etiraz məqsədilə Qırmızı dəniz regionunda əsasən İsraillə əlaqəli gəmiləri hədəfə almaqda idi. Bu dəniz ticarəti və ümumiyyətlə, qlobal iqtisadiyyatı ciddi təhlükə altına almışdı. ABŞ və Britaniya terrorçularla mübarizə məqsədilə regiona qoşun göndərmiş, onlara qarşı bir sıra uğurlu əməliyyat keçirmişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Misir   husilər   münaqişə  





Xəbər lenti