![]() |
Amerikalılar Kanada və Qrenlandiyanın ilhaqına qarşıdırlar - SORĞU |
Bundan başqa, amerikalıların yarıdan çoxu prezidentin Çinə tətbiq etdiyi tariflərin ölkəyə zərər verəcəyinə inanır. Respondentlərin təxminən dörddə biri tariflərin ölkəyə müsbət təsir edəcəyini düşünür.
Qəzet yazıb: "Amerikalılar ölkə rəhbərinin Qrenlandiyanı ilhaq etmək, Qəzzanı nəzarətə götürmək və onu Aralıq dənizinin kurortuna çevirmək təkliflərinə soyuqqanlı yanaşırlar. Hər iki nəfərdən biri və ya daha çox amerikalı bu ərazilərin ələ keçirilməsinə qarşı çıxır".
Xatırladaq ki, bir neçə gün öncə "The Wall Street Journal" da başqa bir sorğu haqqında maraqlı məlumat yaymışdı. Nəşrin keçirdiyi sorğuda iştirak edən amerikalıların əksəriyyəti Donald Trampın Kanada və Qrenlandiyanı ilhaq etmək planlarına qarşı çıxıb.
Respondentlərin təqribən 62%-i Trampın daimi olaraq ABŞ ərazisini Qrenlandiya və Kanadanın hesabına genişləndirmək barədə danışmasını müsbət qarşılamayıb. Yalnız 25% Ağ Evin bu ölkələrə də nəzarət etməsinin yaxşı fikir olduğunu deyib. Onlar bu cür gedişin ABŞ-nin milli təhlükəsizliyini və iqtisadiyyatını gücləndirəcəyini bildirib.
Qalan 13% suala cavab verməkdə çətinlik çəkib.
Tural Tağıyev
AzVision.az