Alimlər məşhur asteroidin qeyri-adi formada olmasını müəyyən ediblər

   Alimlər məşhur asteroidin qeyri-adi formada olmasını müəyyən ediblər
  09 Aprel 2025    Oxunub:870
Beynəlxalq alimlər qrupu bu yaxınlarda kəşf edilmiş və əvvəllər Yer üçün potensial təhlükəli hesab olunan "2024 YR4" asteroidinin qeyri-adi formada olmasını aşkar ediblər.
Bu barədə Associated Press (AP) məlumat yayıb.

Çilidəki "Gemini South" teleskopundan istifadə edən astronomlar obyekti kəşf etdikdən cəmi ay yarım sonra, fevral ayında onu müşahidə altında saxlayıblar. Aparılan müşahidələrə görə, diametri təxminən 60 metr olan göy cismi əksər asteroidlər kimi kartof görünüşündə olmayıb. Onun fikizi strukturu xokkey şaybasına bənzəyir. Yəni düz, disk formasındadır. Bundan əlavə, asterodi çox yüksək sürətlə fırlanır - hər 20 dəqiqədə bir dəfə dövr edir.

Hamını qorxudan asteroid Yerlə toqquşmayacaq - "ESA"
"Bu, gözlənilməz bir xəbər oldu. Çünki biz asteroidlərin daha çox uzunsov və ya asimmetrik formada olmasına öyrəşmişik", - Eureka Science-dən olan araşdırma rəhbəri Bryus Bolin yeni kəşfi belə şərh edib.

Xatırladaq ki, "2024 YR4" asteroidi 2024-cü ilin dekabrında kəşf edilib. Onun ölçüləri 40-90 metr aralığında qiymətləndirilirdi ki, bu da asteroidin bütöv bir şəhəri məhv edəcək gücə malik olduğunu göstərir. İlkin hesablamalar onun 2032-ci il dekabrın 22-də Yerlə toqquşa biləcəyini göstərmişdi. Lakin sonradan nəhəng göy cisminin planetimizlə toqquşma ehtimalı 0,001%-ə qədər azaldı.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Asteroid   Yer  





Xəbər lenti