Mirzoyan Türkiyəyə gedir

   Mirzoyan Türkiyəyə gedir
  09 Aprel 2025    Oxunub:739
Antalya Diplomatik Forumununun iştirakçılarının siyahısında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyanın da adı var.
Ermənistan Xarici İşlər Nazirliyi Ararat Mirzoyan ilə Ruben Rubinyanın tədbirdə iştirakını təsdiqləyib. Forum 11-13 aprel aralığında baş tutacaq.

"İşgüzar səfər çərçivəsində ikitərəfli görüşlər də nəzərdə tutulur", - məlumatda bildirilir.

Mirzoyan və Rubinyan ötənilki foruma da qoşulmuşdular.

Firudin Həmidli
AzVision.az


Teqlər: Ermənistan   Türkiyə   diplomatik-forum  





Xəbər lenti