Husilər ABŞ PUA-sını vurublar

   Husilər ABŞ PUA-sını vurublar
  09 Aprel 2025    Oxunub:898
Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması ABŞ-yə məxsus "MQ-9" kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə qruplaşmanın "Telegram" kanalında bəyanat yayılıb. Bildirilir ki, PUA ölkənin şimalındakı Əl-Cövf vilayəti ərazisində raketlə vurulub.

"Bu, son 10 gündə vurulan üçüncü ABŞ PUA-sıdır", - məlumatda vurğulanır.
ABŞ və Misir husilərə qarşı tədbirlərə dair müzakirə aparıb

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın martın 15-də verdiyi gözlənilməz əmrə əsasən, ABŞ Hərbi Hava Qüvvələri Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşmasının mövqelərinə aviazərbələr endirməyə başlayıb. Öz növbəsində, husilər də ciddi əks-hücuma keçiblər. Onlar "Qəzza zolağında mühasirə başa çatmayınca bu ölkə ilə əlaqəli gəmiləri Qırmızı dəniz və ətraf sularda hədəfə alacaqlarını" diqqətə çatdırıblar. Ümumilikdə, ABŞ qırıcıların Yəmənə aviazərbələri nəticəsində indiyədək 79 nəfər ölüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Husilər   ABŞ   PUA   münaqişə  





Xəbər lenti