Rusiya Ermənistanda Baş Konsulluq açmaq iddiasındadır

   Rusiya Ermənistanda Baş Konsulluq açmaq iddiasındadır
  09 Aprel 2025    Oxunub:688
Rusiyanın Qafanda (Qərbi Zəngəzur -Ermənistanın Sünik vilayəti) baş konsulluğunun açılması məsələsində “çoxşaxəli məqamlar var”.
AzVision.az xəbər verir ki, Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə belə bəyanat səsləndirib.

“Biz may ayına kimi baş konsulluğun açılışının vaxtı ilə bağlı konkret razılaşmalara nail olacağımızı gözləyirik. Əminik ki, Rusiyanın respublikanın cənubundakı strateji əhəmiyyətli regionda mövcudluğunun ardıcıl şəkildə genişləndirilməsi Ermənistanın, Rusiyanın və bütövlükdə regionun uzunmüddətli maraqlarına cavab verir”, - Zaxarova deyib.

O, qeyd edib ki, bu addım ticarət və investisiyaların, sosial və təhsil, mədəni və humanitar əməkdaşlığın dərinləşməsinə və bu bölgə ilə Rusiyanın regionları arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına əhəmiyyətli təkan verə bilər.

Rusiya XİN-in rəsmisinin sözlərinə görə, İranla azad ticarət zonası haqqında sazişin bu yaxınlarda ratifikasiyası ilə əlaqədar Sünikdə ölkələr arasında iqtisadi gündəmin təşviqi Avrasiya İqtisadi İittifaqı formatında getdikcə daha çox əhəmiyyət kəsb edir.

Zaxarova burada Rusiyanın Baş Konsulluğunun açılmasının Sünik bölgəsinin dinamik, dinc və təhlükəsiz inkişafı üçün etibarlı sığortaya çevriləcəyini iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ermənistan   Sünik  





Xəbər lenti