Ərdoğan: “Türkiyəsiz heç bir dünya nizamı olmayacaq”

      Ərdoğan:    “Türkiyəsiz heç bir dünya nizamı olmayacaq”
  09 Aprel 2025    Oxunub:624
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin formalaşmaqda olan çoxqütblü dünya sistemində mühüm yer tutduğunu bildirib.
AzVision.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan hakim “Ədalət və İnkişaf” partiyasının Türkiyə parlamentindəki fraksiyasının iclasında çıxışı zamanı ciddi qlobal proseslər fonunda dünyanın sürətlə birqütblü modeldən çoxqütblü modelə keçdiyinə diqqət çəkib.

“Bu prosesdə Türkiyə mühüm rol oynayır. Biz qlobal miqyasda baş verən sürətli dəyişikliklər qarşısında dayanıqlı olmağı bacaran nadir ölkələrdən biriyik. Bu gün artıq Türkiyəyə kənardan hansı rolu sırımaq mümkün deyil. Bizsiz yeni dünya nizamı formalaşa bilməz”, - Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ərdoğan   Türkiyə   nizam  





Xəbər lenti