![]() |
Avropanın dəhşətli yuxusu gerçəkləşir? |
Agentlik belə hesab edir ki, Amerika qoşunlarının qitədən çıxarılması NATO müttəfiqlərinin Rusiyanın zəif ölkələrə qarşı mümkün təcavüzünün qarşısını almağa yönəlmiş hazırki intensiv işinə xələl gətirə bilər. Mənbələrdən biri deyib ki, Vaşinqtonun Avropadakı müttəfiqləri ABŞ-nin qitədəki hərbi mövcudluğunu xəbərdarlıq etmədən azalda biləcəyindən indi daha çox qorxurlar.
O da vurğulanıb ki, Avropa liderləri əslində bu planın fevralda Münhen Təhlükəsizlik Konfransında ABŞ-nin vitse-prezidenti Vensin çıxışı zamanı bəyan edəcəyini gözləyirmişlər.
Bundan əlavə, NATO xarici işlər nazirləri keçən həftə alyansın mənzil-qərargahında ABŞ dövlət katibi Marko Rubio ilə görüş zamanı da məsələni müzakirə ediblər. XİN rəhbərləri onu əmin etməyə çalışıblar ki, artıq avropalılar öz müdafiələri üçün üzərilərinə daha böyük məsuliyyət götürməyə başlayıblar.
Tural Tağıyev
AzVision.az