Simonyan qarabağlı erməniyə cavab verib

   Simonyan qarabağlı erməniyə cavab verib
  09 Aprel 2025    Oxunub:716
Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün Telegram-kanalında Qarabağ ermənisinin Ağdamda doğulması ilə bağlı sözlərinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, Alen Simonyan belələrinin Ermənistanı daxildən partlatmağa müvəffəq olmayacağını yazıb.

“Bu qarabağlı qoca deyir ki, mən Azərbaycanda – Ağdam hərbi komissarlığının arxasındakı üçüncü evdə doğulmuşam. Bu adam belə bir məlumat yaymaqla, məni təhqir etməklə mənə qarşı nifrət toxumu səpəcəyini və ya hansısa fikir formalaşdıracağını düşünür”, - erməni spiker deyib.

Belə insanların mövcudluğunun təəssüf doğurduğunu bildirən Simonyan, ata tərəfdən kökünün İrəvandan, ana tərəfdən isə Loridən olsa da, yuxarıda açıqlanan və ya başqa yerdə doğulmağımda qəbahətli bir şey görmədiyini vurğulayıb.

- Bu Qarabağ sakininin kim olduğu, ona bu mətni kimin göndərdiyi tam aydındır. Aydın olmayan odur ki, o, pulu minlik dirhəm əskinasları ilə alıb, yoxsa iki dənə 5 minlik əskinasla? Belə adamları bu gün də, dünən də və sabah da aktivləşəcəklər ki, Ermənistan Respublikasını daxildən dağıtmağa, partlatmağa cəhd etsinlər. Erməni xalqına bir gözlə baxmayın. Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək”, - Alen Simonyan vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Simonyan   qarabağlı   cavab  





Xəbər lenti