![]() |
Yaponiyanın düyü ehtiyatları kəskin azalıb |
Alimlərin fikrincə, qeyri-üzvi arsen daha zəhərli element sayılır. O, dəniz məhsulları və digər qidalarda olan üzvi maddələrlə müqayisədə bədəndən daha az xaric edilir. Tədqiqatçılar düyüdə digər taxılkimilərdən təxminən 10 dəfə çox arsen olduğunu aşkarlayıblar. Bunun səbəbi, düyünün tez-tez su basmış tarlalarda yetişdirilməsidir. Daimi yaş ərazi torpaqdan arsenin bitkilərə rahat daxil olmasına şərait yaradır.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, mütəmadi olaraq bədənə arsenin düşməsi xərçəngə tutulma riskini artıra bilir: "Bununla belə, böyüklər qəhvəyi düyüdən "qorxmamalıdırlar". Bu, yalnız hər gün çox miqdarda istehlak edildikdə təhlükəli ola bilər. Bununla belə, bu məhsulu uşaqların pəhrizinə ehtiyatla daxil etmək lazımdır. Çünki onlar böyüklərə nisbətən çəkilərinə uyğun olmayan miqdarda çox qida qəbul edirlər. Arseni məruz qalma riski də balacalarda daha çox artır".
Tural Tağıyev
AzVision.az