Argentina Xameneyinin həbsini tələb edir

“Prokuror Sebastyan Basso federal hakim Daniel Rafekasdan İranın Ali dini lideri Əli Hüseyni Xameneyinin milli və beynəlxalq həbsinə order verilməsini istəyib”, - qəzetdə dərc olunan materialda deyilir.
Sebastyan Basso, xüsusilə İran liderinin insidentdə mümkün iştirakını yoxlamaq istəyir. Lakin məqalə müəlliflərinin fikrincə, belə bir addım Buenos-Ayreslə Tehran arasında münasibətləri xeyli pisləşdirə bilər.
Xatırladaq ki, Argentina Yəhudi Mədəniyyət Mərkəzində partlayış 1994-cü il iyulun 18-də paytaxt Buenos-Ayresdə baş verib. Ölkə tarixində ən irimiqyaslı terror aktı 85 nəfərin ölümü, 200-dən çox insanın yaralanması ilə nəticələnib. Hücuma görə məsuliyyəti Livanın şiə hərəkatı olan “Hizbullah” öz üzərinə götürüb.
Ötən il aprelin 24-də Argentina beynəlxalq order verərək, hadisədə əli olmaqda şübhəli bildiyi İranın Daxili İşlər naziri Əhməd Vahidinin həbsini tələb edib.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Argentina Xameneyi həbs