"İsrail Ordusu Livanın cənubundan çəkilərsə, hücumlarını dayandırara, biz də vəziyyəti normallaşdırmaq üçün addımlar atarıq", - o deyib.
![]() |
"Hizbullah" silahı yerə qoyur? |
Hərçənd maraqlıdır ki, "Hizbullah"ın başqa nümayəndələri "Reuters"ə verilən bu açıqlamaları yalanlayırlar. Livan Parlamentinin deputatı, "Hizbullah"ın üzvü İhab Həmadə dünən Qətərin "Al Araby" telekanalına müsahibəsində söyləmişdi ki, "adı çəkilməyən" hər hansı nümayəndənin belə bir bəyanat verməyə ixtiyarı yoxdur.
"Deyiləsi hər sözümüzü rəsmi surətdə söylənir. "Hizbullah"ın silahı yerə qoyub-qoymaması Livanın daxili məsələsidir. Bu barədə Livanın milli siyasəti çərçivəsində, üçüncü tərəfin müdaxiləsindən kənar müzakirə aparılacaq", - deputat Həmadə deyib.
Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan qismən çəkilib.
Firudin Həmidli
AzVision.az