ABŞ Qrenlandiyanı "Azad şəhər" kimi qurmaq istəyir - "Reuters"

 ABŞ Qrenlandiyanı "Azad şəhər" kimi qurmaq istəyir    - "Reuters"
  10 Aprel 2025    Oxunub:834
Birləşmiş Ştatlar Qrenlandiyada iqtisadiyyatı minimal dövlət tənzimlənməsi ilə idarə olunan yüksək texnologiyalı “azad şəhər” qurmaq ideyasını nəzərdən keçirir. Məlum ideya regionun ABŞ-yə ilhaq edilməsi ilə bağlı mümkün razılaşmanın bir hissəsi ola bilər.
Bu fikirlər “Reuters”də dərc olunan məqalədəndir. Nəşr öz mənbələrinə istinad edib.

“Bəzi Silikon Vadisinin texnoloji investorları artıq "donmuş ada"nı "freedom cty" adlanan bir məkan, minimal korporativ tənzimləmə ilə libertar utopiya kimi təbliğ edirlər”, - nəşr yazıb.

Amerikalılar Kanada və Qrenlandiyanın ilhaqına qarşıdırlar - SORĞU
Agentliyin mənbələri bildiriblər ki, müzakirələr ilkin mərhələdədir, lakin bu ideya ABŞ-nin Danimarkadakı səfiri vəzifəsinə namizəd Ken Houeri tərəfindən “ciddi qəbul edilib”. Onun yaxın aylarda Konqres tərəfindən də təsdiqlənməsi gözlənilir və Ken Qrenlandiyanın "alınması" ilə bağlı danışıqlara rəhbərlik edəcək.

"Gələcək şəhərdə süni intellekt mərkəzi, avtonom nəqliyyat vasitələri, kosmosa buraxılışlar, mikronüvə reaktorları və yüksək sürətli dəmir yolu xətləri yaradıla bilər", - "Reuters" yazıb.

Aprelin əvvəlində Qrenlandiyanın yeni baş naziri Yens-Frederik Nilsen ABŞ prezidenti Donald Trampın adaya iddialarına cavab vermişdi. O qeyd edib ki, qrenlandiyalılar hansısa ölkənin adanı almaq təklifini heç vaxt qəbul etməyəcəklər.

Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ölkəsinin nəzarətinə qaytarmaq niyyətində olduğunu gizlətmir. Respublikaçı siyasətçinin bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Qrenlandiya  





Xəbər lenti