Bu ərazilərdə güclü külək əsir

Bu ərazilərdə güclü külək əsir
  10 Aprel 2025    Oxunub:554
Bu gün saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Hazırda qərb küləyi əsir, küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 25 m/s, Lerik və Şahdağda 20 m/s-dək güclənib.

Daşkəsən, Gədəbəy, Gəncə, Naftalan, Şəmkir, Tərtər, Ağstafa, Qax, Şəki, Qəbələ, Xaçmaz, Quba, Qusar, Şabran, Mingəçevir, Ceyrançöl, Sabirabad, İmişli, Beyləqan, Lənkəran və Astarada arabir yağış yağır. Şahdağda isə qar yağır.

Göygöl, Şəki, Qax, Qəbələ, Şamaxı, Altıağac, Quba və Xaltanda duman müşahidə olunur və görünüş məsafəsi 200 m-dək məhdudlaşır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 23, Aran rayonlarında eləcə də dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

AzVision.az



Teqlər:





Xəbər lenti