Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

İnklüziv idmanın inkişafına töhfə verməyi və sağlamlıq imkanları məhdud uşaqların potensiallarını reallaşdırmalarına imkan yaratmağı hədəfləyən Azercell, 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatını dəstəkləyir.
Şirkətin dəstəyi sayəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafı ilə yanaşı, həm də sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, onların motivasiyasının və sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
AzVision.az
Teqlər: