Kiyev Vaşinqtona öz “qırmızı xəttini” açıqlayıb

“Kiyev ordunun sayına və ya onun döyüş potensialına məhdudiyyətlər qoymaq cəhdinin mümkün sülh danışıqlarında qırmızı xəttə çevriləcəyi barədə ABŞ-yə xəbərdarlıq edib”, - ukraynalı məmur deyib.
Bundan əvvəl Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina ölkəsinin yerin təkindən istifadə məsələləri ilə bağlı ABŞ ilə məsləhətləşmələr aparacağını bildirmişdi. Eyni zamanda, onun sözlərinə görə, Kiyev gələcək sazişlərin şərtlərinin Beynəlxalq Valyuta Fondu qarşısında öhdəliklərə və ya “Ukrayna Mexanizmi (Ukraine Facility)” proqramı çərçivəsində razılaşmalara zidd olmasına imkan verməyəcək.
Sahil İsgəndərov
AzVision.az