Hərbi polisin 33 yaşı qeyd olunub

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü ziyarət olunub. Daha sonra idarədə davam etdirilən tədbirdə Ulu Öndərin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edən Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib. Baş İdarə rəisi hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.
Tədbir iştirakçılarına hərbi polisin yaranma tarixi və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonda komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.
Teqlər: Hərbi-polis