“Həmas” 110 yəhudi əsgəri öldürüb

“Həmas” 110 yəhudi əsgəri öldürüb
  29 İyul 2014    Oxunub:1203
Fələstinin HƏMAS hərəkatının silahlı qanadı “İzzəddin əl-Qəssam” briqadası 17 iyuldan bu günə kimi 110-da çox İsrail əsgərini öldürdüyünü açıqlayıb.

AzVision.az xəbər verir ki, bu barədə təşkilatın yazılı açıqlamasında bildirib. Qeyd edilib ki, bundan əlavə yüzlərlə İsrail əsgəri yaralanıb.

İsrail ordusunun açıqlamasına görə isə indiyə kimi 48 əsgər həyatını itirib.

Fələstin Səhiyyə Naizrliyinin sözçüsü Əşrəf əl-Kudra iyulun 7-dən bu günə kimi 1119 fələstinlinin öldüyünü, 6 550 nəfərinsə yaralandığını bəyan edib.

Emin


Teqlər:  





Xəbər lenti