Kamala Harris qubernatorluq iddiasındadır

Kamala Harris qubernatorluq iddiasındadır
  11 Aprel 2025    Oxunub:562
Amerikalı demokratların ötən ilki prezident seçkilərində məğlub olmuş namizədi, sabiq vitse-prezident Kamala Harris 2026-cı ildə Kaliforniya qubernatorluğuna namizədliyini irəli sürməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The New York Times (NYT)” nəşri belə məlumat yayıb.

“Harris müttəfiqlərinə bildirib ki, Kaliforniya qubernatoru seçkilərində uğurlu kampaniya ona ABŞ prezidenti Donald Trampa qarşı mübarizəni davam etdirmək və demokratların prioritetlərini qorumaq üçün güclü mövqe qazandıracaq”, - qəzet yazır.

Harris həmkarlarına 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək istəmədiyini də deyib.

“O, siyasi seçiminin ikili olduğunu söylədi: Harris qubernator və ya prezidentliyə namizəd ola bilər, lakin hər iki posta birdən namizəd ola bilməz”, - NYT vurğulayıb.

Hələ 2024-cü ilin noyabrında “Politico” Kamala Harrisin 2028-ci ildə yenidən prezidentliyə namizədliyini irəli sürmək fikrində olduğunu bildirmişdi. Qəzetin yazdığına görə, keçmiş vitse-prezident köməkçilərinə və yaxın çevrəsindən olan adamlara revanş üçün bütün mümkün variantları öyrənməyi tapşırıb. Nəşrin mənbələri Harrisin bir neçə telefon danışıqlarında onlara “mübarizəni davam etdirəcəyini” dediyini bildiriblər.

Qeyd edək ki, 2026-cı ildə Kaliforniya ştatının indiki qubernatoru demokrat Qevin Nyusom bu vəzifəni tərk edəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Harris   Kaliforniya   qubernator  





Xəbər lenti