Nazirlik siyahı açıqladı

Nazirlik siyahı açıqladı
  22 Aprel 2013    Oxunub:1366
Hazırda bölgədə daha 1847 qəzalı evin tikintisi davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın şimal-qərb bölgəsində baş vermiş zəlzələnin nəticəsinin aradan qaldırılması zamanı tikilən fərdi yaşayış evləri, sosial obyektlər və ödənilmiş kompensasiyalarla bağlı siyahını açıqlayıb.

AzVision.az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatda Zaqatala rayonunda sökülüb yenidən tikilmiş 2771, Qaxda 294, Balakəndə isə 180 evin yeri, əvvəlki və indiki sahəsi, otaqlarının sayı, texniki vəziyyəti, dəqiq ünvanı və ev sahibinin adı açıqlanıb.

Həmçinin sosial obyektlərdən Zaqatalada 20, Qaxda 11, Şəkidə 3, Balakəndə 2 tikilmiş və ya tikintisi davam etdirilən məktəblərin dəqiq ünvanları və şagird yerlərinin sayı da açıqlanıb.


Balakəndə 348, Qaxda 357, Zaqatalada isə 2835 kompensasiya alan şəxsin adı, ünvanı, ailə üzvlərinin sayı, bərpa-gücləndirmə işi aparılacaq ərazinin texniki vəziyyəti, sahəsi, ayrılmış məbləğ qeyd olunub.

Qeyd edək ki, məlumatlar bu il aprelin 1-nə qədər olan müddəti əhatə edir.






Teqlər:  





Xəbər lenti