Deputat: “Azərbaycan Prezidentinin prinsipial mövqeyi nəzərə alınacaq”

      Deputat:    “Azərbaycan Prezidentinin prinsipial mövqeyi nəzərə alınacaq”
  11 Aprel 2025    Oxunub:568
Milli Məclisin bu gün keçirilən plenar iclasında Millət vəkili Sahib Alıyev son günlər ölkəmizin də geosiyasi maraqlarına aid olan bir sıra siyasi proseslər barədə maraqlı fikrilər səsləndirib.
Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı bəyannaməsində olduğu kimi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçirilmiş IV konfransında Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə olunmasını 2024-cü il 5 may “Banjul Bəyannaməsi” ilə başladılan prosesin davamı, dövlətimizin bu yöndəki səylərinə parlament diplomatiyası müstəvisində göstərilən böyük töhfə kimi qiymətləndirir, alqışlayır və qardaş Özbəkistanın başqa bir şəhərində- Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitindən sonra Ermənistanın Azərbaycanla Gürcüstan arasındakı kommunikasiya xətlərinin cəmisi bir neçə kilometrliyində strateji gərginlik yaratmaq cəhdi haqqında danışmaq istəyirəm.

Maraqlıdır deyilmi, xanım fon der Lyayen həmən sammitdə orta dəhlizi “qlobal qapı” adlandırıb o qapının açarını da Ermənistana vermək niyyətində olduqalrını açıqladıqdan dərhal sonra düşmən, bəli məhz düşmən şərti sərhəddin Qazax rayonundan keçən hissəsin bir yerində özünün 12 ədəd 122 millimetrlik D-30 haubitsalarını döyüş mövqeyinə çıxarır, digər yerində böyük çaplı silahları atəş açmağa hazırlaşırlarmış kimi hərbçilərimizə doğru tuşlayır. Bu təsadüfdürmü, mümkün deyil. Avropa Birliyinin Ermənistandakı casus missiyasının sevimlilərinin bu əməlindən xəbəri varmı? Fikrimcə, nəinki xəbəri var, düzdür, döyüş mövqeyinə çıxarılanlar dırnaqarası sülh fondunun ayırdığı vəsaitlə alınan və Fransanın ötürdüyü silahlar olmasa da, bu yeni gərginlik ssenarisinin hətta birgə yazıldığını belə mən istisna etmirəm. Amma haylar anlamalıdrlar ki, onları belə təxribatlara sürükləyənlər, Ermənistan sərhədlərini açdırmaq əvəzinə onu büsbütün yox etdirə bilərlər.

Hay havadarları ADA-dakı beynəlxalq forumda "Azərbaycanı Mərkəzi Asiyadan ancaq Xəzər ayırır" sözlərinin nə anlam daşıdığını, Avropa Birliyindəkilərdən fərli olaraq bizi ortaq tarix, eyni kök, dil, mental dəyərlər birləşdirdiyini, Səmərqənddəki sammitdən dərhal sonra Özbəkistan Prezidentinin cənab İlham Əliyevə niyə zəng etdiyini anlamırlarsa öz problemləridir. Amma əmin olmaq istərdim ki, sözü gedən forumda Prezidentimizin Türk Dövlətləri Təşkilatının (TDT) güc mərkəzinə çevrilməsi üçün tarixi fürsətin yarandığı, burda ləngimənin yolverilməzliyi haqda fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər. Ümid etmək istərdim ki, onlar Şimali Kiprə yanaşmada Azərbaycan Prezidentinin ortaya qoyduğu açıq, prinsipial və təəssübkeş mövqeyi diqqətdən qaçırmayacaqlar və avropalılarla imzaladıqları birgə bəyanatda BMT-nin 541, 550-ci qətnamələri vurğulansa da, həmən BMT baş katibinin təşəbbüsü ilə keçirilən refendumda nədən birləşməyə “hə” deyən Şiamli Kiprin yox, “yox” deyən yunan Kiprinin Avropa Birliyinə üzv qəbul edildiyinin üzərində də düşünəcəklər.

Sahib Alıyev, Millət vəkili
AzVision.az



Teqlər: Azərbaycan   mövqe  





Xəbər lenti