Sabah Bakıda hava yağmursuz keçəcək

Sabah Bakıda hava yağmursuz keçəcək
  11 Aprel 2025    Oxunub:342
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz saatlarında əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti