Zalujnı: “Rusiya Qərb ordularını məğlub edə bilər”

      Zalujnı:    “Rusiya Qərb ordularını məğlub edə bilər”
  11 Aprel 2025    Oxunub:508
Ukrayna Silahlı Qüvvələrinin (USQ) keçmiş Baş Komandanı, hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı Ukrayna ordusunun təcrübəsi nəzərə alınmasa, Qərb ölkələrinin ordularının münaqişə baş verərsə, “tez məğlubiyyətə məhkum olduqlarını” bildirib.
AzVision.az xəbər verir ki, Zalujnının “Defense One” portalı üçün yazdığı məqalədə belə deyilir.

“Bir çox sənaye sahələrində onilliklər boyu hökmranlıq barədə “lay-laya” uyumuş Qərb ordularının çox uzun müddət yatıblar. Əgər onlar köhnəlmiş müharibə üçün optimallaşdırılmış muxtar silahların kütləvi istifadəsini məvh edən bir rəqiblə qarşılaşsalar, onlar İkinci Dünya müharibəsində alman “ildırım sürətli” müharibəsinin qurbanları kimi ömürlərini bitirə bilərlər”, - USQ-nin keçmiş Baş Komandanı yazıb.

Onun sözlərinə görə, Kiyevin qərbli müttəfiqləri üçün “ölçüyə gəlməz dəyərli hədiyyəsi” var – münaqişə baş verdikdə, USQ-nin təcrübəsi Qərbə kömək edəcək. Belə təcrübəyə misal olaraq Zalujnı xüsusilə ucuz başa gələn zərbə, kəşfiyyat və nəqliyyat pilotsuz uçan aparatlarının, eləcə də dəniz pilotsuz təyyarələrinin və onlayn döyüş idarəetmə sistemlərinin geniş tətbiqini göstərir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zalujnı   Rusiya   Qərb  





Xəbər lenti