Kobaxidze: “Gürcüstanı Rusiya ilə müharibəyə sövq edirdilər”

“İlk müraciət 2022-ci il fevralın əvvəlində, ikincisi isə həmin ayın sonunda alınıb. Bu, Gürcüstana açıq siyasi təzyiq idi. Belə bir şəraitdə diplomatiya gücsüz idi. Biz Gürcüstanın milli maraqlarını qorumaq, sülhü qorumaq üçün fəal siyasi mübarizə aparmalı olduq. Bu, diplomatik vasitələrdən istifadə edilmədən sırf siyasi mübarizə idi”, - İrakli Kobaxidze vurğulayıb.
Siaysətçinin sözlərinə görə, Gürcüstan və onun hakimiyyət orqanları hələ də oxşar problemlərlə üzləşirlər. Bu baxımdan, Gürcüstan hökuməti müxtəlif diplomatik yanaşmalar vasitəsilə sülhün qorunmasına və ölkənin rifahının təmin edilməsinə fokuslanıb.
İrakli Kobaxidze sülhün gəlməsini gözləməyin lazım olduğunu vurğulayıb. Sülh bərpa edildikdən sonra isə diplomatiya növbəti dəfə kobud siyasi maraqlardan üstün olacaq.
Sahil İsgəndərov
AzVision.az