2025-ci ildə bu şəxslərin lotereyada bəxti gətirəcək - Müsahibə

2025-ci ildə bu şəxslərin lotereyada bəxti gətirəcək -    Müsahibə
  11 Aprel 2025    Oxunub:436
Numerologiya son zamanlar mistik sahə kimi populyarlıq qazanıb. Əksər insanlar həyatlarında rəqəmlərin xüsusi rola sahib olduğunu düşünürlər. Hətta tirajlı lotereya oyunlarında belə sevimli rəqəmlərinin onlara şans gətirəcəyinə inanırlar.
Numeroloq Ayişə Axundova rəqəmlərlə bağlı yaranan sualları "Demokrat.az"a müsahibəsində cavablandırıb.

Azərbaycanda "Xəzər TV"də yayımlanan tirajlı lotereya oyunlarında ötən il üzrə ən çox çıxan rəqəm 12, ən az çıxan rəqəm isə 1 olub. Bu rəqəmlərin numerologiyada xüsusi yeri varmı?
Numerologiyada rəqəmlərin mənası müxtəlifdir. 12 rəqəminin rəqəmləri ayrılıqda toplanaraq 3 olur və sadələşir. 3 rəqəmi sənəti, yaradıcılığı təmsil edir.

1 rəqəmi liderliyi, risk almağı, cəsarəti təmsil edir və şanslı rəqəmdir.

Lotereya oyunları üçün hansı rəqəmlər uğurlu hesab edilir?

Hər dövrün özünün uğurlu rəqəmi olur. İnsanlar həyatlarında təkrar edən rəqəmlərə diqqət etsinlər. Onlara uğur gətirdiyini düşündükləri rəqəmlərə şans oyunlarında üstünlük verə bilərlər.

Bəzi insanlar onlara müəyyən rəqəmlərin uğur gətirdiyini bildirirlər. Həqiqətən, uğurlu rəqəm anlayışı varmı?

Hər bir insanın daşıdığı rəqəm enerjisi var. Bunu doğum tarixi vasitəsilə hesablayırıq. Bizə aid olan hər bir rəqəm bizdən xəbər verir. Tutalım, doğum tariximiz 14.11.1996-dır. Bu zaman rəqəmlər tək-tək toplanaraq 33 əldə edilir. Numerologiyada 11, 22, 33 kimi rəqəmlərdən əlavə rəqəm alınırsa, nəticəni toplayırıq. Məsələn, 12 alınıbsa, 1 və 2-ni toplayaraq 3 əldə edirik. Bu o deməkdir ki, həmin insanda 3 rəqəminin enerjisi var.

3 rəqəminin enerjisi olan insanlar həyatı, sevgini paylaşmağı sevir, çətinlikləri paylaşmağı sevmirlər. Əylənməyi sevir, hadisələri dramatikləşdirmirlər. Göründüyü kimi, hər rəqəmin özünün qarşılığı və mənası var. Bu rəqəmlər bizə xarakterimizi və hansı sahədə uğurlu olacağımızı göstərir. Həyatda iki əsas məsələ doğru iş və həyat yoldaşı seçimidir ki, rəqəmlər bizə bu mənada da kömək edə bilir.

Hansı bürclərin lotereya oyunlarında enerjisi daha yüksək görünür?

Hər bir bürcün öz enerjisi var. Hansısa bürclə bağlı olaraq sırf bunun enerjisi yüksəkdir, digərininki deyil deyə bilmərik. Ümumi mənada isə oxatan bürcləri yüksək enerjili, həyat dolu bürc kimi görünür. Qoç bürcü isə ən aktiv, hətta ətrafındakı insanları belə hərəkətə keçirə biləcək şəxs kimi görünür.

Bu il şans oyunlarında xəritə hansı bürcləri uğurlu hesab edir?

Bu il üçün şans məsələsində tərəzi bürcü ilk sıralarda gəlir, çünki Yupiterdən dəstək alır. İkinci şanslı bürc kimi dolçanı hesab edə bilərik. Onların bu il şansları dönəcək demək olar. Hər bir bürc sahibi üçün şans və uğurlu olduğu sahələr hər zaman var.

Odur ki rəqəmlərin sehrinə inananlar tirajlı lotereya oyunlarında bəxtlərini sınayaraq böyük uduşlara sahib olmaq imkanı əldə edə bilərlər. Bəlkə də, sizi cekpota aparacaq yol elə sevimli rəqəmlərdən keçəcək.

AzVision.az


Teqlər: lotereya  





Xəbər lenti