Le Pen apellyasiya şikayəti verib

Le Pen apellyasiya şikayəti verib
  11 Aprel 2025    Oxunub:601
Fransanın ifrat sağçı siyasətçisi Marin Le Pen Paris məhkəməsinin onu Avropa Parlamentinin (AP) vəsaitlərini mənimsəməkdə təqsirli bildiyi və 2027-ci il prezident seçkilərində iştirakını faktiki olaraq qadağan edən qərarından apellyasiya şikayəti verib.
AzVision.az xəbər verir ki, bu barədə “Avropa həqiqətləri” AFP agentliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirləndirilən 12 nəfər, o cümlədən Le Pen və onun Milli Birlik Partiyası hökmdən apellyasiya şikayəti verib.

Apellyasiya şikayəti aprelin 10-da, etiraz üçün son gündə verilib. Bu o deməkdir ki, təqsirləndirilən şəxslərin yarısı hökmü apellyasiya şikayəti olmadan qəbul edib.

Xatırladaq ki, martın 31-də Paris məhkəməsi Le Pen və daha 26 nəfəri, o cümlədən Fransanın Milli Birlik Partiyasından olan 8 deputatı Avropa Parlamentində yalançı köməkçilərin işi üzrə dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib.

Bundan sonra Le Pen 5 il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edilib ki, bu da onun 2027-ci il seçkilərində iştirakını sual altında qoyur.

Eyni zamanda, Paris Apellyasiya Məhkəməsi artıq qərarın 2026-cı ilin yayında veriləcəyini açıqlayıb. Başqa sözlə, hökmün ləğvi və ya dəyişdiriləcəyi təqdirdə Le Penin namizəd olmaq şansı yaranacaq.


Teqlər: Fransa  





Xəbər lenti