Azərbaycanlı Rusiyada nazir müavini ola bilər

Azərbaycanlı Rusiyada nazir müavini ola bilər
  29 İyul 2014    Oxunub:1073
Rusiyanın Rabitə və Kütləvi Kommunikasiya Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentin müdiri, əslən azərbaycanlı olan Rəşid Rüstəm oğlu İsmayılov nazirin İT sektora nəzarət edən müavini ola bilər.
AzVision.az xəbər verir ki, bu barədə İTAR-TASS agentliyi məlumat yayıb.

Bildirilir ki, hazırda R. İsmayılov dövlət qulluğuna qəbulla bağlı yoxlama prosedurundan keçirilir.

"Onun bu posta namizədliyi məsələsi hələki müzakirə edilir. Lakin dəqiq qərar yoxdur".

Nazirliyin mətbuat xidmətindən bu məsələ ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Rəşid İsmayılov 2 noyabr 1965-ci ildə Bakıda anadan olub. O, 1982-ci ildə Moskvada SSRİ Daxili İşlər Nazirliyinin internat məktəbini başa vurub. 1988-ci ildə İsmayılov Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini, 2007-ci ildə Moskva Dövlət Texniki Universitetini bitirib. Nazirliyin yeni əməkdaşı poliqlotdur. O, ingilis, italyan, portuqal, türk dillərində sərbəst danışır, ispan, alman və fransız dillərini bilir.



Teqlər:  





Xəbər lenti