Azərbaycan Astanada II Mərkəzi Asiya Media Forumunda təmsil olunacaq

Media forumun panel sessiyalarında iki gün ərzində Mərkəzi Asiya dövlətlərinin mediası arasında yeni inkişaf nöqtələri və əməkdaşlıq imkanları, qlobal medianın inkişafı, gələcəyin informasiya landşaftının formalaşması, süni intellekt və məlumat axını dövründə medianın rəqəmsal transformasiyası, sosial şəbəkələrin ölkənin imicinin təbliğində rolu müzakirə olunacaq.
Tədbirdə 500-dən çox iştirakçı (Qazaxıstan və xarici media rəhbərləri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin əməkdaşları, universitet tələbələri, nüfuzlu şəxslər, media ekspertləri və s.) iştirak edəcəklər. Onlar üçün aparıcı mütəxəssislərdən ustad dərsləri təşkil olunacaq.
AzVision.az
Teqlər: Qazaxıstan Media-Forum