Anjey Duda: "Donald Trampa inanıram"

    Anjey Duda:  "Donald Trampa inanıram"
  12 Aprel 2025    Oxunub:499
Polşa prezidenti Anjey Duda Amerika lideri Donald Trampın Ukraynadakı müharibəni bitirmək üçün ən yaxşı şansa malik olduğunu bildirib.
AzVision.az xəbər verir ki, “Sky News” telekanalına müsahibəsində Ukraynada sülh şansının Trampın əlində və ABŞ prezidentinin Rusiya lideri haqqında təsəvvürə malik olduğunu deyən Polşa prezidenti, bununla belə, istənilən sülhün “ədalətli və davamlı” olması zərurətini diqqətə çatdırıb.

Anjey Duda məhz Donald Ttramın ilk prezidentlik dövründə “Şimal axını - 2” və Putinin enerji ambisiyalarına zərbə vurduğunu xatırladıb. O, əmindir ki, bu, Trampın Putini ağrıtmaq üçün hara vuracağını bildiyinə dair kifayət qədər sübutdur.

“Rusiyanı müharibəni dayandırmağa məcbur edə biləcək şəxs, çox güman ki, ABŞ prezidentidir. Məsələ onun bunu etmək üçün kifayət qədər qətiyyətli olub-olmayacağıdır. Çünki Ukraynaya təcavüz edən Rusiya ilə qonşu olan Avropa üçün sülhün ədalətli və davamlı olması da çox vacibdir”, - Polşa prezidenti bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Duda   inam  





Xəbər lenti