Binə Atçılıq Mərkəzində cıdır mövsümünün ilk yarışları keçirilib

Binə Atçılıq Mərkəzində cıdır mövsümünün ilk yarışları keçirilib
  12 Aprel 2025    Oxunub:417
Binə Atçılıq Mərkəzində cari ilin ilk cıdır yarışları baş tutub.
Qarabağ atlarının iştirakı ilə keçirilən yarışlarda yerli atçılıq ictimaiyyətinin nümayəndələri və atsevərlər iştirak ediblər.

Yarış proqramı çərçivəsində 10 atın mübarizə apardığı 2 qaçış təşkil olunmuşdur. Dörd yaşlı Qarabağ atları arasında keçirilən qaçışda Hilal Nəzərov “Ada” ləqəbli atla birinci, Azər Əliyev “Senator” ləqəbli atla ikinci, Rauf Tahirov isə “Həkəri” ləqəbli atla üçüncü yeri tutmuşdur.

Beş yaş və yuxarı Qarabağ atlarının yarışında isə qalib yenə Hilal Nəzərov olmuş və bu dəfə “Xatun” ləqəbli atla birinci yerin sahibi adını qazanmışdır. İkinci yerə “Kainat” ləqəbli atla Azər Əliyev, üçüncü yerə isə “Buta” ləqəbli atla İsgəndər Allahverdiyev layiq görülmüşdür.

Qeyd edək ki, növbəti cıdır yarışlarının 26 aprel 2025-ci il tarixində keçirilməsi planlaşdırılır.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti