Tahir Budaqov və Ünal Üstel birgə fəaliyyətin davamını müzakirə aparıb

Tahir Budaqov və Ünal Üstel birgə fəaliyyətin davamını müzakirə aparıb
  12 Aprel 2025    Oxunub:492
Yeni Azərbaycan Partiyası sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Ünal Üstel partiyalar birgə fəaliyyətin davam etdirilməsini müzakirə ediblər.
Partiya rəsmilərinin görüşü IV Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Görüşdə iki xalq arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Azərbaycanla Şimali Kipr Türk Cümhuriyyəti arasında son illərdə sıx təmasların olduğu qeyd edilərək müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğu bildirilib.

Görüş əsnasında Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi-siyasi dəstəyinin Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkə üçün mühüm prioritet olduğu bildirilərək bu xüsusda həyata keçirilən fəaliyyətin əhəmiyyəti qeyd olunub.

2023-cü ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyası, Ədalət və İnkişaf Partiyası və Ulusal Birlik Partiyası arasında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının önəmi qeyd edilərək qarşıda duran vəzifələrin indiyədək uğurla icra olunduğu bildirilib, bundan sonra da məqsədyönlü birgə fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti nəzərə çatdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti