Lavrov: "NATO-nun ən böyük düşməni özüdür"
-1744473326.jpg)
Onun sözlərinə görə, Avro-Atlantik ictimaiyyətin bütün səyləri yeni müharibəyə hazırlığa yönəlib: "Almaniya, Fransa və İngiltərə burada ön plandadır.
Təhlükəsizliyi təmin etmək üçün yaradılmış Avro-Atlantik strukturlar dağılıb".
Lavrov deyib ki, Moskva və Vaşinqton ABŞ-ın birgə layihələr təklifini müzakirə edir, Rusiya bunu rədd etməyib: “Rusiya ilə ABŞ arasında həmişə irəliləyiş potensialı var, normal münasibətlər qurula bilər. Rusiya və ABŞ diplomatik nümayəndəliklərin işinin normallaşdırılmasından başlayaraq ikitərəfli münasibətləri müzakirə edir, Moskva da Vaşinqtonla birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir".
Lavrov Antalyada keçirilən forum çərçivəsində Rusiya ilə Ukrayna arasında birbaşa və ya dolayı təmasların olmadığını söyləyib.
Ukrayna münaqişəsinin nizanlanmasından danışan Rusiya XİN başçısı qeyd edib ki, bu kontekstdə Rusiyanı ərazi problemi yox, orada yaşayan insanların problemi narahat edir.
AzVision.az
Teqlər: