Lavrovun Türkiyədəki çıxışı böyük səs-küyə səbəb oldu

Lavrovun Türkiyədəki çıxışı böyük səs-küyə səbəb oldu
  12 Aprel 2025    Oxunub:542
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyədə Antalya Diplomatik Forumunda çıxışı böyük diqqət çəkib.
AzVision.az xəbər verir ki, mətbuat konfransının keçirilməli olduğu konqres mərkəzinin zalı tədbir başlamamışdan xeyli əvvəl dolmağa başlayıb.

Rusiyalı naziri dinləmək istəyənlər təyin olunmuş vaxta 30 dəqiqə qalmış toplaşıblar. Binada boş oturacaqlar, hətta ayaq üstə duranlar üçün yer də qalmamışdı.

Təhlükəsizlik xidməti mətbuatın və ya digər forum iştirakçılarının daxil olmasına icazə verməyərək girişi məhdudlaşdırmağa məcbur olub.

AzVision.az




Teqlər:





Xəbər lenti